Azərbaycanlı ailənin övladlarını geri qaytarıldılar

Azərbaycanlı ailənin övladlarını geri qaytarıldılar
12:06

Azərbaycan vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın əllərindən alınan övladları ailəyə qaytarılıblar.

News365.az xəbər verir ki, bu barədə G.Abdullayeva sosial şəbəkədə paylaşım edib.

"Şükürlər olsun ki, hər şey məhkəmədə sübut olundu, uşaqlarımızı geri aldıq", - o qeyd edib.

Xatırladaq ki, hadisə 2025-ci ilin avqustunda Fransada baş verib. Avqustun 6-da ailə birdəfəlik Azərbaycana qayıtmaq üçün yola çıxıb. Paris Hava Limanında polis əməkdaşları onlara yaxınlaşaraq uşaqları əllərindən alıblar.


Sizin reklam burada
Sizin reklam burada