Azərbaycanda maaşlar artıb

Azərbaycanda maaşlar artıb
10:28

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% artaraq 1173 manat təşkil edib.

News365.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sentyabrın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 776,8 min nəfər olub.

    Onlardan 834,2 min nəfəri dövlət sektorunda, 942,6 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb. Beləliklə, muzdlu işçilərin 53%-i özəl və digər qeyri-dövlət qurumlarında, 47%-i isə dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla çalışanların ən böyük hissəsi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində (18,9%) cəmləşib.

    İşçilərin 17,5%-i təhsil, 13,9%-i sənaye, 8,6%-i səhiyyə və sosial xidmətlər, 6,8%-i tikinti, 6,2%-i isə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahələrində çalışıb.

    Bundan başqa, muzdlu işçilərin 4,4%-i nəqliyyat və anbar təsərrüfatında, 3,9%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,5%-i maliyyə və sığorta sektorunda, 2,3%-i isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda məşğul olub.

    Qalan 15% iqtisadiyyatın digər sahələrinin payına düşüb.


    Sizin reklam burada
    Sizin reklam burada