Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı
11 İyn 2025 14:38

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 465 431 vahid artaraq bu il iyunun 1-nə 1 milyon 887 min 346-ya çatıb. 

Bu barədə News365.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. 

Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 451 200 vahid artaraq 991 122 olub.  "Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir", - deyə məlumatda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada