Azərbaycanda bank və onun vəzifəli şəxsi cərimələndi

Azərbaycanda bank və onun vəzifəli şəxsi cərimələndi
25 İyl 2025 17:47

Azərbaycan Mərkəzi Bankı (AMB) "Premium Bank” ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

News365.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən "Premium Bank” 50 min manat, 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə bankın vəzifəli şəxsi 10 min manat cərimə edilib.


Sizin reklam burada
Sizin reklam burada