Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş yanğınla bağlı başsağlığı verib.
News365.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
Paylaşımda qeyd edilib:
"Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik".
Xatırladaq ki, yanğın nəticəsində 10 nəfər ölüb, 32 nəfər yaralanıb.