Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb.
News365.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Strateji Keçid?” mövzusunda keçirilən paneldə danışıb.
O, qeyd edib ki, bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə isə İsrail-İran hərbi qarşıdurması mövcuddur:
“Biz bunu gözləyirdik və özümüzü müəyyən mənada Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə, eləcə də sanksiyalar altında olan qonşularımıza qarşı mümkün ssenarilərə hazırlamışdıq”.