Azərbaycan Gürcüstan arasında formalaşmış ikili münasibətlərin Cənubi Qafqaza təsirləri nələrdir?
"Azərbaycan və Gürcüstan arasında tarixən dostluq və qonşuluq münasibətləri yüksək səviyyədə olmuşdur. İki ölkə arasında strateji tərəfdaşlığın əsasını qoymuş “ Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında müqavilə “ 8 mart 1996-cı ildə imzalanmışdır. Həmçinin 4 mart 2004-cü il tarixində imzalanmış “ Azərbaycan və Gürcüstan arasında birgə bəyannamə “nin konstruktiv əlaqələrin gələcək inkişafı üçün mühüm önəm daşıyır.
Gürcüstan Azərbaycanın müstəqiliyini 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 18 noyabr 1992-ci ildə qurulmuşdur. Azərbaycanın Gürcüstandakı səfirliyi 1996-cı ilin mart ayından etibarən fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidentinin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu təsis edilmiş və 3 dekabr 2010-cu il tarixindən Baş Konsulluq fəaliyyətə başlamışdır. Gürcüstanın Azərbaycandakı səfirliyi 1995-ci ilin fevral ayından etibarən fəaliyyət göstərir. Gəncə şəhərində Gürcüstanın Baş Konsulluğu 12 dekabr 2013-cü il tarixində rəsmi fəaliyyətə başlamışdır.
Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq hələdə bütün sahələr üzrə davam edir. Bu gün Gürcüstanla Azərbaycan hər şeydən əvvəl “ Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri “ kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla yanaşı “ GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı “ və digər qurumlar daxilində əməkdaşlıq, ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.
Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığını rəsmiləşdirən məqamlardan biri kimi 2002-ci ilin aprelində Türkiyənin də imzaladığı “ Trabzon razılaşması “nı göstərmək olar. Regionun enerji təhlükəsizliyi və müstəqilliyini təmin etmək üçün 3 ölkənin Daxili İşlər Nazirlərinin imzaladığı bu sənəd terrorizm və aqressiv separatizmə qarşı mübarizədən tutmuş, çirkli pulların yuyulması və neft-qaz borularının birgə mühafizəsinədək kifayət qədər geniş mövzunu əhatə edir. "Bakı-Tbilisi-Qars və Bakı-Tbilisi-Ərzurum" qaz kəməri Gürcüstan ərazisindən keçməklə Türkiyəyə, ordanda dünya bazarına çıxır. Azərbaycan da bu qaz kəmərinə 10milyard dollarlıq yatırım edib."
Mahmudova Leyla