ŞAD XƏBƏR: Bu müavinətlər ARTIRILACAQ - İYULUN 1-DƏN...

ŞAD XƏBƏR: Bu müavinətlər ARTIRILACAQ - İYULUN 1-DƏN...
12 İyn 2025 17:09

 2025-ci il iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilir:

● orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat

● orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat

● orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat

● ailə başçısını itirməyə görə 140 (yüz qırx) manat

● müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 (yüz qırx) manat

● valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 (yüz qırx) manat

● bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 (yüz qırx) manat


Sizin reklam burada
Sizin reklam burada