Orban Gürcüstan hökumətini "heyvan" adlandırdı

Orban Gürcüstan hökumətini "heyvan" adlandırdı
12 İyn 2025 21:15

Gürcüstan hökuməti Avropa Birliyi ölkələrinin üz-üzə gəlməkdən qorxduğu heyvandır.


News365.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə gürcü həmkarı İrakli Kobaxidze ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.


"Hələ 2022-ci ildə qlobal liberallar ölkələrimizin indiki hökumətlərini qoruyub saxlamasına mane olmaq üçün - həm sizdə, həm də burada - vəziyyəti sabitsizləşdirməyə çalışdılar. Gürcüstan hökuməti Brüsselin üzləşməkdən qorxduğu heyvandır. Müqavimət göstərmək qərarına gələn ilk Gürcüstan oldu. Və bu hiss bizə yaxındır", - deyə Orban bildirib.


Macarıstanın baş naziri həmçinin Gürcüstanın iqtisadi artımını Budapeştin də əldə etmək istədiyi heyranedici nailiyyət adlandırıb.


Sizin reklam burada
Sizin reklam burada