İsrail hakimiyyəti yəhudi dövlətinin təhlükəsizliyi naminə İranın nüvə proqramı ətrafında problemin istənilən vaxt güc yolu ilə həllini istisna etmir.
News365.az xəbər verir ki, bu barədə TASS-a İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.
“İsrail öz təhlükəsizliyi üçün istənilən vaxt və istənilən yerdə hərəkət edəcək”, - deyə o bildirib.
Qeyd edək ki, bir sıra nəşrlər İsrailin yaxın günlərdə İrana zərbə endirəcəyi ilə bağlı məlumatlar yaymaqdadır.