Şəhid ailəsi üçün Prezident təqaüdü 700 manat oldu

Şəhid ailəsi üçün Prezident təqaüdü 700 manat oldu
12 İyn 2025 17:38

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü 100 manat artırılıb.

News365.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, təqaüdün məbləği “600 (altı yüz)” manatdan “700 (yeddi yüz)” manata artırılıb.


Sizin reklam burada
Sizin reklam burada