Olimpiya çempionunun iki medalı ləğv edildi

Olimpiya çempionunun iki medalı ləğv edildi
12 İyn 2025 23:15

Sərbəst güləş üzrə Olimpiya çempionu Bilyal Maxov antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib.


News365.az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin saytında məlumat yayılıb.


Məlumata görə, 37 yaşlı rusiyalının 2015-ci il yanvarın 10-dan 2020-ci il yanvarın 27-dək olan nəticələri ləğv edilib. O, 2015-ci il dünya çempionatının iki bürünc medalından məhrum edilib.


Maxov bundan əvvəl Rusiya Antidopinq Agentliyi tərəfindən dörd il müddətinə diskvalifikasiya edilmişdi . Onun 2020-ci ilin qışında götürdüyü dopinq testi müsbət çıxıb.


Qeyd edək ki, Maxov 2012-ci il London Olimpiadasında qızıl medal qazanıb. O, həm də üçqat dünya və bir dəfə Avropa çem

pionudur.



Sizin reklam burada
Sizin reklam burada