Pakistan baş naziri Hindistana başsağlığı verdi

Pakistan baş naziri Hindistana başsağlığı verdi
12 İyn 2025 18:59

Pakistan Baş naziri Şahbaz Şərif Əhmədabadda “Air İndia” sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Hindistana başsağlığı verib.


News365.az xəbər verir ki, bu barədə Şahbaz Şərif X sosial şəbəkəsindəki hesabında paylaşım edib.


"Bu gün Əhmədabad yaxınlığında baş verən “Air İndia” şirkətinə məxsus təyyarənin faciəvi qəzasından kədərləndim. Həlak olanların ailələrinə başsağlığı veririk. Dualarımız bu faciədən təsirlənən hər kəslədir", - o yazıb.


Sizin reklam burada
Sizin reklam burada