Dubay polisi futbolçu Quinsay Promesi evində həbs edib.
News365.az xəbər verir ki, saxlanılma idmançının Niderlanda ekstradisiyası tələbi ilə bağlıdır.
Promes Dubaydakı istintaq təcridxanasına yerləşdirilib. Futbolçu Kral Hərbi Polisinin nəzarəti altında Niderlanda aparıla bilər və o, 7 il yarım cəza çəkməli olacaq.
Promesin Rusiya "Spartak"ı ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatıb. Klub onunla əmək müqaviləsini yeniləməyib. Sentyabrın 5-də Promes rəsmi olaraq BƏƏ İkinci Liqasında çıxış edən Dubay Yunaytedin oyunçusu olub.
14 fevral 2024-cü ildə Amsterdam məhkəməsi Promesi kokain qaçaqmalçılığına görə 6 il həbs cəzasına məhkum edib. Məhkəmə yanvarın 24-də keçirilib və prokurorluq Promes üçün 9 il həbs istəyib. Fevralın 16-da niderlandlı beynəlxalq axtarışa verilib. O, həmçinin ailə məclisi zamanı əmisi oğluna bıçaqla hücum etdiyi üçün 1,5 il müddətinə azadlıqdan məhrum edilib.