Etirazçılara polisə təslim olmağı təklif etdi

Etirazçılara polisə təslim olmağı təklif etdi
17:50

İran hakimiyyəti iğtişaşlar zamanı cinayət fəaliyyətinə cəlb edilmiş bütün şəxslərə cəzanın yüngülləşdirilməsi müqabilində könüllü olaraq polisə təslim olmağı təklif edib.

News365.az xəbər verir ki, bu barədə İranın polis rəisi Əhməd Rza Radan dövlət televiziya və radio şirkəti ilə yayımlanan çıxışı zamanı bəyan edib. 

“Əgər təxribatçılar tərəfindən aldadılan şəxslər üç gün ərzində təslim olarlarsa, onlar cəzanın əhəmiyyətli dərəcədə yüngülləşdirilməsinə ümid edə bilərlər”, - polis rəisi deyib. 

Xatırladaq ki, İranda dekabrın sonundan başlayan etiraz dalğası iqtisadi çətinliklər və milli valyutanın dəyərdən düşməsi fonunda alovlansa da, qısa müddətdə siyasi xarakter alıb. Son məlumatlara görə, iğtişaşlar zamanı ölənlərin sayı 5000 nəfərə çatıb. İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) 24266 nəfərin saxlanıldığını açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada