BMMT Baş katibi Malayziyada rəsmi səfərdə olub

BMMT Baş katibi Malayziyada rəsmi səfərdə olub
15:10

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli Malayziyada rəsmi səfərdə olub.


News365.az xəbər verir ki, bu barədə BMMT-dən məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində Baş katib Malayziyanın Baş naziri, Ənvər bin İbrahim, habelə Malayziya Mülki Müdafiə Qüvvələrinin rəhbəri Məhəmməd Abiddin bin Abd Rəhman ilə görüşlər keçirib.

    Keçirilən görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, BMMT ilə Malayziya arasında mülki müdafiə, fəlakət risklərinin azaldılması, fövqəladə hallara hazırlıq və cavab tədbirləri sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

    Görüşlərdə Malayziyanın mülki müdafiə və fövqəladə halların idarə olunması sahəsində praktiki imkanları və zəngin təcrübəsi xüsusi qeyd edilib, ölkənin BMMT üçün mühüm və etibarlı tərəfdaş olduğu bildirilib.

    Tərəflər, həmçinin, BMMT-nin humanitar fəaliyyəti çərçivəsində həyata keçirilən cari layihə və fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparıb, bu tədbirlərin Təşkilatın fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə və üzv dövlətlərə göstərilən dəstəyin gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.

    Görüşlərdə, eyni zamanda, Malayziyanın BMMT-nin növbəti sessiyalarına ev sahibliyi imkanları nəzərdən keçirilib, qarşılıqlı dialoqun və praktiki əməkdaşlığın genişləndirilməsi, habelə BMMT-Malayziya münasibətlərinin gələcəkdə də müsbət və konstruktiv istiqamətdə inkişaf edəcəyinə dair inam ifadə olunub.



    Sizin reklam burada
    Sizin reklam burada