"Şou-biznesdə Vəfa qədər yalançı qız yoxdur" - Vüsal Əliyev

"Şou-biznesdə Vəfa qədər yalançı qız yoxdur" - Vüsal Əliyev
14:12

Xəbər verdiyimiz kimi bir neçə gün bundan əvvəl, Vəfa Şərifova müğənni Vüsal Əliyev haqqında açıqlama vermişdi. O açıqlamasında "Yeganə insandır ki, Vüsal Əliyevlə duet oxumağıma görə peşmanam. Burnumdan gəldi onla duet oxumaq" bu sözləri işlədib. 

Müğənni Vüsal həmkarı Vəfa ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. O, Vəfanın onun barəsində dediklərinin həqiqəti əks etdirmədiyini vurğulayıb.

“Mənim haqqımda söylədikləri yalandır. Açıq deyirəm, şou-biznesdə onun qədər yalan danışan birini tanımıram. Ona bunu əvvəllər də demişəm”, – deyə müğənni qeyd edib.

Vüsal bildirib ki, bu cür açıqlamalar ailəsinə ciddi narahatlıq yaradır: “Mənim dörd övladım var. Onun bu danışıqları ailəmizi çox narahat edir. Övladlarımın hər biri müxtəlif cəmiyyətlərdədir, tanınırlar”.

Müğənninin sözlərinə görə, məsələ bununla da bitmir: “Qohum-əqrəba mənə zəng edir, onun videolarını göndərirlər. Bu vəziyyət mənə də, ailəmə də mənfi təsir göstərir”.

Vüsal qarşı tərəfin bu cür açıqlamalarını əsassız adlandıraraq, adının qalmaqallı müzakirələrdə hallanmasını düzgün saymadığını bildirib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada