Danimarka rəsmiləri Qrenlandiya ilə bağlı artan gərginlik səbəbindən bu həftə İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək.
News365.az xəbər verir ki, Kopenhagen hazırkı vəziyyətdə beynəlxalq forumda təmsil olunmağın məqsədəuyğun olmadığını bildirir.
Dünya İqtisadi Forumu qlobal siyasi və iqtisadi liderlərin iştirak etdiyi əsas platformalardan biridir və Danimarka rəsmilərinin bu toplantıda iştirak etməməsi diqqət çəkən addım hesab olunur.