Yeni iqtisadi mübarizələr başlayır- FOTO

Yeni iqtisadi mübarizələr başlayır- FOTO
09:22
ABŞ Prezidenti Donald Tramp son mesajı ilə çoxtərəfli münasibətlər sisteminin artıq eroziyaya uğradığını nümayiş etdirdi. İndi Avropa çox çətin vəziyyətlə üz-üzədir. Avropa rəsmən geosiyasi üçbucağın mühasirəsinə alınmış oldu.
​1. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bu ölkə ilə açıq müharibə riski. Avropada anlayırlar ki, Ukraynaya hücum edən ölkədən hər zaman özlərinə qarşı da belə addım gözləmək olar.
2. ​ÇİN- in öz iqtisadi resursları ilə Avropanı iqtisadi ekspansiyası təhlükəsindən qorunmaq. Hal-hazırda bu ölkə ilə rəqabətə tab gətirmək imkanlarının axtarışındadılar.
3.​Bu gün isə artıq Vaşinqton rəsmi şəkildə tərəfdaşdan rəqibə keçmiş oldu.Qrelandiyaya hərbiçi göndərən hər ölkəyə 10% vergi tətbiq edildi. 6 aydan sonra vergi 25%-ə qaldırılacaq. ABŞ üçün artıq vergi tarifləri balistik raket funksiyasını daşıyır.
​Avropa indi ABŞ və Çin ilə iqtisadi müharibə, Rusiya ilə isə Ukrayna ərazisində hərbi müharibə aparır.
Gələn həftə Dovoada başalayacaq müzakirələrin gərginliyi əhəmiyyətli dərəcədə artmış olur. Tarif siyasəti heç şübhəsiz bir çox ölkəni vuracaq və istehsal həcmlərinin daralmasına, dünya iqtisadiyyatının artım tempinin zəifləməsinə gətirib çıxardacaq.
Aqil Məmmədov, politoloq

Sizin reklam burada
Sizin reklam burada