Bu ölkədə zəlzələ qeydə alındı

Bu ölkədə zəlzələ qeydə alındı
17:22

Pakistanın şimalında yerləşən Gilgit-Baltistan, Peşavar və Xayber Paxtunxva əyalətlərində zəlzələ baş verib. Hadisənin gücü 5,8 bal ölçülüb, yeraltı təkanlar təxminən 10 kilometr dərinlikdə qeydə alınıb.

News365.az xarici mənbələrə istinadən xəbər verir ki, hazırda insan itkiləri və maddi ziyanla bağlı rəsmi məlumat yoxdur.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin Barişal bölgəsindən 50 km şimal-qərbdə 5,9 maqnitudada ölçüldüyünü açıqlayıb. Hadisənin təsirinə dair ətraflı qiymətləndirmələr davam edir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada