Azərbaycan Almaniyaya qaz ixracına başladı

Azərbaycan Almaniyaya qaz ixracına başladı
09:07

2026-cı ilin yanvarından etibarən SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb. Tədarük Avropanın əsas enerji arteriyalarından biri sayılan Transadriatik qaz kəməri (TAP) vasitəsilə həyata keçirilir.

News365.az xəbər verir ki, TAP Cənub Qaz Dəhlizinin Avropa hissəsi olmaqla Gürcüstan üzərindən uzanır və Azərbaycan qazını birbaşa Avropa bazarına çıxarır.

Beləliklə, Almaniya Azərbaycan qazını qəbul edən əsas ölkələrdən birinə çevrilib. Bu addım Avropada enerji təhlükəsizliyi uğrunda gedən rəqabətdə yeni mərhələ kimi qiymətləndirilir. Rəsmi məlumatlara əsasən, Azərbaycan qazı hazırda 16 ölkəyə ixrac olunur və SOCAR Avropa ilə yanaşı Yaxın Şərqdə də mövqelərini genişləndirir.

2025-ci ildə Azərbaycan ümumilikdə 51,5 milyard kubmetr qaz hasil edib. Bu həcmin:

12,8 milyard kubmetri Avropaya,

9,6 milyard kubmetri Türkiyəyə,

2,3 milyard kubmetri Gürcüstana,

0,5 milyard kubmetri isə Suriyaya göndərilib.


Azərbaycan qazının Almaniya kimi aparıcı sənaye dövlətinə daxil olması Bakının Avropanın enerji xəritəsində əsas oyunçu statusunu daha da möhkəmləndirir və enerji savaşında yeni güc balansı formalaşdırır.


Sizin reklam burada
Sizin reklam burada