Rusiya Silahlı Qüvvələrinin 44-cü ordu korpusunun 22-ci motoatıcı alayının əsgərləri Kursk vilayətinin işğaldan azad edilmiş Quevo kəndində itkin düşmüş Boqorodiçe kilsəsinin rahibi Simeonu tapıblar. Bu barədə Rusiya mediasına “Sever” qoşun qrupunun hərbçisi məlumat verib.
"Qruplar Quevoya girdilər. O, artıq bizim nəzarətimizdədir. Orada yerli keşiş, Simeon ata da tapılıb",- deyə döyüşçü bildirib.
Onun sözlərinə görə, rahib təxliyədən imtina edib və kilsədə qalmaq istəyib. Hərbçi bildirib ki, Simeon ata yerli sakinlərə kömək edir, onların ruhunu gücləndirir, evakuasiya işlərini həyata keçirir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural