Ayıların kütləvi oyanışı şok yaratdı - VİDEO

Ayıların kütləvi oyanışı şok yaratdı - VİDEO
23 Mar 2025 13:05

Rusiyanın bəzi bölgələrində ayıların qış yuxusundan kütləvi şəkildə ayılması gündəm olub. Bununla bağlı sosial şəbəkələrin Rusiya seqmentində yayılan görüntülər də var.

"Mash Batash" Telegram kanalının dərc etdiyi videoda Başqırdıstanda dörd ayının yolun zolağı ilə, insanların hətta bəzən avtomobilsiz hərəkət etdiyi ərazidən rahat şəkildə getməsi əks olunub.


“Bunlar Mejqoryedə bu yaxınlarda qış yuxusundan çıxan ayılardır”, - məlumatda deyilir.


Gözlənilməz hadisəni sürücülərdən biri çəkərək hər kəsi xəbərdar edib. Görüntülərdə nəinki ayılar yolun zolağı ilə gedirlər, daha üç vəhşi heyvan yolun yanında dayanıb. Başqa bir videoda da iki ayının yolun kənarında qarda yeriməsi aşkar görünür. Bundan əlavə, qəribəsi odur ki, heyvanlar insanları və maşınları görəndə gizlənmirlər.



Tural


Sizin reklam burada
Sizin reklam burada