Avropanın ən böyük narkotik əməliyyatı baş tutub, 23 nəfər həbs edilib

Avropanın ən böyük narkotik əməliyyatı baş tutub, 23 nəfər həbs edilib
07 May 2026 20:33

İspaniya polisi Kanar adaları yaxınlığında bir gəmidə keçirdiyi əməliyyat zamanı 30 ton kokain aşkarlayıb. 

News365.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin Ali Məhkəməsinin məlumatına görə, gəminin 23 nəfərlik heyəti itkisiz həbs edilib. 

Bildirilib ki, bu, Avropa tarixində ən böyük narkotik müsadirələrindən biridir və İspaniyanın əvvəlki rekordunu iki dəfədən çox üstələyir.



Sizin reklam burada
Sizin reklam burada