NATO-nun hərbi planlayıcıları AB ölkələrində hazırlığın olmaması səbəbindən Avropa ilə Rusiya arasında uzunmüddətli müharibənin potensial ssenarisindən narahatdırlar.
News365.az xəbər verir ki, bu barədə “Quardian” nəşrində dərc olunan məqalədə bildirilib.
Məqalədə vurğulanıb ki, Avropa Rusiya ilə uzunmüddətli müharibəyə tab gətirə bilməz.
NATO ilə işləyən hərbi ekspertlər Avropa hərbi koordinasiyasının gələcəyi ilə bağlı keçirilən konfrans zamanı AB rəsmilərini Rusiyaya qarşı informasiya hücumunu gücləndirməyə çağırıblar.
Qeyd olunur ki, ekspertlərin təklifləri AB ölkələrinin nazirlərini hazır olmayan seçiciləri müdafiənin maliyyələşdirilməsi üçün sosial xərclərin azaldılmasının zəruriliyinə inandırmaq kimi arzuolunmaz vəzifə ilə üz-üzə qoyub.