"Avropa ölkələri sadəcə dağılır!" - Keçmiş baş nazir

"Avropa ölkələri sadəcə dağılır!" - Keçmiş baş nazir
08 Mar 2025 12:35

Avropa ölkələrində vətəndaşlar mövcud hökumətlərin siyasətini bəyənmədiyi üçün siyasi sistem çökmək üzrədir. AMNA xəbər agentliyinin yaydığı xəbərə görə, bu sözləri Yunanıstanın keçmiş baş naziri Antonis Samaras deyib.


Nazirlər Kabinetinin keçmiş rəhbərinin fikrincə, bu yaxınlarda Qərb elə Qərbə qarşı çıxıb.


“Xalqlar öz hökumətinin son illər həyata keçirdiyi siyasəti bəyənmirlər. Buna görə də hakimiyyətdə olan hökumətlər kürsüdən gedirlər", - o, Yunanıstan parlamentində çıxışı zamanı deyib.

Keçmiş baş nazirin sözlərinə görə, Avropa ölkələrində siyasi sistemin dağılması üçün ilkin şərtlər Amerikanın indiki lideri Donald Trampın andiçmə mərasimindən əvvəl də yaranıb. Samaras izah edib ki, Birləşmiş Ştatlarda hakimiyyət dəyişikliyi yalnız qüsurları üzə çıxardı və bu “domino effektinə” səbəb oldu.

Tural


Sizin reklam burada
Sizin reklam burada