Avropa bu vətəndaşlara səsləndi: "O ölkəyə gedərkən diqqətli olun"

Avropa bu vətəndaşlara səsləndi: "O ölkəyə gedərkən diqqətli olun"
24 Mar 2025 08:52

Finlandiya, Danimarka və Almaniya öz ölkələrində yaşayan transgenderləri Prezident Donald Trampın ABŞ-da yalnız iki cinsin tanınması siyasətinin fonunda ABŞ-a səfərlər planlaşdırarkən daha diqqətli olmağa çağırıb.

News365.az xəbər verir ki, bu haqda Axios portalı məlumat yayıb.

“Finlandiya, Danimarka və Almaniya Birləşmiş Ştatlara getmək istəyən transgender vətəndaşlara ehtiyatlı olmağa çağırıb”, - portal yazır.

Bildirilir ki, tövsiyələr Avropa və digər ölkələrin oxşar kateqoriyalı vətəndaşlarının turist vizaları ilə bağlı problemlərə görə ABŞ miqrasiya orqanları tərəfindən saxlanılmasından sonra edilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp andiçmə mərasimində çıxışında ABŞ-ın rəsmi siyasəti indi yalnız iki cinsin - kişi və qadının tanınması üzərinə qurulduğunu demişdi.


Sizin reklam burada
Sizin reklam burada