AVRO-2024: Avstriya millisi Niderlandla oyunda hesabı açıb - YENİLƏNİB

AVRO-2024: Avstriya millisi Niderlandla oyunda hesabı açıb - YENİLƏNİB
25 İyn 2024 20:39

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turundakı Niderland - Avstriya oyununda hesab açılıb.

Niderlandlı Donleyy Malen 6-cı dəqiqədə avtoqol müəllifi olub.

20:00

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları start götürüb.

D qrupunda Niderland - Avstriya və Fransa - Polşa matçları Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Qarşılaşmaları müvafiq olaraq slovakiyalı İvan Krujlyak və italiyalı Marko Quida idarə edirlər.

Qeyd edək ki, hazırda Niderland və Fransa yığmalarının dörd, Avstriyanın isə 3 xalı var. Polşanın xalı yoxdur. AVRO-2024 iyulun 14-də başa çatacaq.


Youtube kanalımız

Oxşar xəbərlər