Atasının telefonunu oğurlayıb 60 manata satdı – 1 aylıq həbs edildi

Atasının telefonunu oğurlayıb 60 manata satdı – 1 aylıq həbs edildi
04 Yan 2026 22:19

Bakıda atasının telefonunu oğurlayan şəxs həbs edilib.

News365.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü gənc iki dəfə oğurluq edib. O, Xalqlar metrosu yaxınlığında bir vətəndaşa məxsus 10 kiloqram fındıq və 5 kiloqram ləpəni götürüb. Daha sonra isə evdə olarkən atasına məxsus "Samsung" markalı mobil telefonu stolun üzərindən götürərək 60 manata satıb.

Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O bildirib ki, borcları olduğu üçün bu addımı atıb və səhv etdiyini anlayır. Şəxs azadlıqda qalaraq zərərçəkənlərin pulunu ödəmək istədiyini deyib.

Zərərçəkmiş ata məhkəmədə bildirib ki, telefon təxminən 100–150 manat dəyərində olub və o, şikayətindən imtina etməyib. Digər zərərçəkmiş şəxslə də barışıq əldə olunmayıb.

Məhkəmə tərəflər arasında barışıq olmadığını və dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq, gənc barəsində bir ay inzibati həbs cəzası seçib. 


Sizin reklam burada
Sizin reklam burada