Astarada qəza zamanı ölən şəxsin qardaşı danışdı - YENİLƏNDİ

Astarada qəza zamanı ölən şəxsin qardaşı danışdı - YENİLƏNDİ
14:38

Astarada qəza zamanı ölən şəxsin qardaşı danışdı.

News365.az xəbər verir ki, Astarada piyadanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı ölən şəxsin,  Ərçivan qəsəbə sakini 49 yaşlı Fuad Nuriyevin qardaşı Fərhad Nuriyev danışıb.

O bildirib ki, qardaşının ölüm səbəbi onun dumanlı havada yola çıxması olub.

“ Rəhmətlik mənim qardaşımdır, biraz ruhi  xəstə idi. O, səhər çıxıb yola, axşam evdə yox idi. Düşünmədik ki, magistrala çıxar. Bu gün səhər mənə zəng etdilər dedilər ki, qardaşın rəhmətə gedib. Gəlmişəm morqdayam, gəlim, götürüb aparım dəfn edim. Hava dumanlı olub. Üç, dörd gündür cənubda dumandır. Hadisəyə səbəb də duman olub. Sürücü yola çıxan qardaşımı görməyib. O səbəbdən də vurub”.

***

Astarada yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb.

News365.az xəbər verir ki, Astarada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Hadisə səhər saatlarında rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. Rayonun Ojakəran kənd sakini 29 yaşlı Röyal Kazımzadə idarə etdiyi Mercedes markalı avtomobillə hərəkətdə olarkən, yolu keçmək istəyən piyada rayonunun Ərçivan qəsəbə sakini 49 yaşlı Fuad Nuriyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəzanı törətməkdə şübhəli bilinən Röyal Kazımzadə polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. İlkin ehtimal kimi qəzaya səbəb olaraq, havanın dumanlı olması göstərilir.

Faktla bağlı Astara rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər yenilənəcək...


Sizin reklam burada
Sizin reklam burada