Astarada mikroavtobus aşıb

Astarada mikroavtobus aşıb
03 Yan 2026 18:40

Astarada yol qəzası baş verib.

News365.az xəbər verir ki, hadisə Təngərud kəndi ərazisində qeydə alınıb.

Astara-Lənkəran xətti ilə hərəkətdə olan "Mercedes Sprinter" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Mikroavtobus daha sonra aşıb.

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Elektrik dirəyi aşdığına görə, xətlər qırılıb, ətraf ərazilərə enerji verilişində fasilə yaranıb.


Sizin reklam burada
Sizin reklam burada