Armen Qriqoryan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdü

Armen Qriqoryan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdü
17:33

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistanda səfərdə olan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

News365.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərini alqışlayaraq, bu formatda ikitərəfli əlaqələrin qarşılıqlı etimadın möhkəmləndirilməsində və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Qriqoryan görüş iştirakçılarına sülh prosesinin gedişi barədə məlumat verib. O, regional nəqliyyat əlaqələrinin açılmasından yarana biləcək iqtisadi imkanlara və Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı inkişaf dinamikasına toxunub.

Xatırladaq ki, vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri 2025-ci ilin avqust ayında Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsinin paraflanmasından sonra başlayıb.


Sizin reklam burada
Sizin reklam burada