Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan VAZ-2107 markalı avtomobil VAZ-2109-la toqquşub.
Hadisə nəticəsində iki nəfər - Zaqatala rayon, Tala kənd sakini, 1990-cu il təvəllüdlü Əziz Müsail oğlu Kərimov və rayonun Muxaq kənd sakini Ramazan Mahmudov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.