ABŞ Hərbi Hava Qüvvələrinin yeni EA-37B Compass Call elektron müharibə təyyarələrindən ikisi Böyük Britaniyaya çatıb.
News365.az xəbər verir ki, sözügedən təyyarələr yaxın vaxtlarda Yaxın Şərqə göndərilə bilər.
Bu təyyarələr ən müasir uzaqmənzilli radioelektron maneə (jamming) imkanları yaradır. Eyni zamanda, düşmənin rabitə, hava hücumundan müdafiə və komanda sistemlərini sıradan çıxarmağa, o cümlədən kəşfiyyat və izləmə (ISR) funksiyalarını yerinə yetirməyə imkan verəcək.