Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mətni yaydı

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mətni yaydı
11:33

Türkiyənin Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mətni yayıb.

News365.az xəbər verir ki, bununla bağlı nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

"Tarixə qara ləkə kimi düşən bu ağrılı gündə minlərlə günahsız Azərbaycan türkü erməni silahlı dəstələri tərəfindən amansızcasına qətlə yetirilib. Qardaşlarımıza qarşı törədilən soyqırımı unutmadıq, unutmayacağıq və unutdurmayacağıq! Şəhidlərimizi rəhmət, minnətdarlıq və ehtiramla anırıq", - deyə nazirliyin anım açıqlamasında qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada