“Cəmiyyətimizin ən böyük problemlərindən biri oğlan uşaqlarının 20 yaş kimi erkən
yaşlarda evləndirilməsidir”.
News365.az xəbər
verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı deyib. Sənətkar Azərbaycanda
ailə institunun zədələnməsindən ətraflı danışıb:
“Bu gün cəmiyyətmizin ən boyük problemlərindən biri evliliyə hazır olmayan
oğlan uşaqlarının erkən yaşlarda evləndirilməsidir. Çox vaxt onlar öz ailələrinə
sahib çıxa bilmirlər. Sonra da evləndikləri qız hansısa verilişə çıxıb şikayət
edir ki, 4 uşağım var həyat yoldaşım məni atıb gedib. İstəyirəm uşaqları verəm
uşaq evinə. Sual verilir ki, yoldaşın işləyirdi, savadı var idi, evi var idi, kəbin,
zaks var idi? Bütün bu sualların cavabı yox olur.
Burda
qız valideynlərinin də səhvi var. Onlar da bəzən qarşı tərəfi yaxşı
araşdırmadan qızı ərə verirlər. Bu qız evəndirmək deyil, onu başdan eləməkdir.
Gedib hansısa adamın qapısını döyüb desən ki, qızınızla işim var. Səni vurub
öldürərlər. Amma qızı savadı, işi olmayan birinə rahatlıqla ərə verirlər. Düzdür oğul var ki, savadı olmasa da fəhləliklə
işləyib ailəsini dolandırır. Bu hər kəsin edə biləcəyi iş deyil, heç hər gün pul qazanılası iş də
deyil. Qısası bu da bir gün-güzəran deyil.
İnsan
gərək vaxtında özünə gün ağlasın. İnasan sabahını görməlidir, böyüklərinin
sözünə qulaq asmalıdır ki, bir vaxt çatanda çarəsiz qalmasın. Həyat dərsi
almamış hələ yetişməmiş biri 20 yaşına çatandan kimi evlənmək istəyir. Nə evi
var, nə sənəti. Evdəkilər də deyir əsas odur evlən sonrası düzələcək. Ona bir
qız da tapıb evləndirirlər. Qızı verən də baxmır kimə verdi qıznı. Belə olmaz
bu laqeydlikdir. Belə evliklərin sonunda çox vaxt oğlan ailəsini atıb gedir. Onun həyat
yoldaşı olmalı qadın həyatında ikinci plana keçir. Həyatda ikinci qadın olmaq ən böyük
faciədir.