Polşa ABŞ-ın “Patriot” müraciətini rədd etdi

Polşa ABŞ-ın “Patriot” müraciətini rədd etdi
31 Mar 2026 17:06

ABŞ Polşadan “Patriot” zenit-raket komplekslərindən birini Yaxın Şərqə göndərməyi xahiş edib.

News365.az xarici mediaya istinadla xəbər verir ki, lakin Varşava bu təklifdən imtina edib.

Polşanın müdafiə naziri bildirib ki, ölkənin “Patriot” sistemləri Polşa hava məkanının və NATO-nun şərq cinahının qorunması üçün istifadə olunur. Nazir əlavə edib ki, bu sistemlərin başqa bölgəyə köçürülməsi ilə bağlı heç bir plan yoxdur.


Sizin reklam burada
Sizin reklam burada