Portuqaliya mətbuatı "Qalatasaray" ilə bağlı diqqətçəkən transfer iddiası yayıb.
Bernardo Silva "Mançester Siti"dən ayrılır - "Qalatasaray" da yarışda
News365.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, portuqaliyalı ulduz futbolçu Bernardo Silva mövsümün sonunda "Mançester Sity" klubundan ayrılmağa hazırlaşır.
Portuqaliyanın məşhur nəşri A Bola-da yayımlanan xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi klub rəhbərliyinə rəsmi şəkildə ayrılmaq qərarını bildirib və artıq yeni komandası üçün variantları dəyərləndirməyə başlayıb.
Məlumata əsasən, futbolçunun transferində əsas maraq Avropa klubları tərəfindən göstərilir. Bu yarışda "Barselona" və "Yuventus" kimi nəhənglərlə yanaşı, Galatasaray da yer alır. Sarı-qırmızılıların bu transfer üçün ciddi rəqabət apardığı qeyd olunur.
Xəbərdə bildirilir ki, Bernardo Silvanın əsas prioriteti karyerasını Avropada davam etdirməkdir. Saudi Pro League və Major League Soccer (MLS) klublarından təkliflər alsa da, bu variantlar hazırda ikinci plandadır.
Digər tərəfdən, "Inter Miami" klubunun da futbolçu ilə maraqlandığı vurğulansa da, Avropa variantının daha real olduğu qeyd edilir.
"Qalatasaray"ın Avropa nəhəngləri ilə rəqabətdə necə strategiya seçəcəyi maraq doğurur. Bernardo Silvanın yekun qərarı isə futbol ictimaiyyəti tərəfindən səbirsizliklə gözlənilir.