Türkiyənin paytaxtı Ankaranın Keçiören bələdiyyəsi 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü ilə bağlı həmrəylik nümayiş etdirib.
News365.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "X" sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, martın 31-də Keçiörendə yerləşən Cümhuriyyət Qülləsində Azərbaycanın üçrəngli bayrağı əks etdirilib.
Bu addım Azərbaycan xalqına qarşı törədilmiş qətliamların ildönümündə dəstək və başsağlığı ifadəsi kimi qiymətləndirilib.