Yaxın günlər İranla hərbi münaqişədə həlledici olacaq.
News365.az-ın məlumatına görə, bunu ABŞ-nin müharibə naziri Pit Heqset jurnalistlər üçün brifinqdə bildirib.
"Biz öz şərtlərimizi müəyyən etdik. Yaxın günlər həlledici olacaq. İran bunu bilir", - o bəyan edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.