İsrail bir gündə İrana 230-dan çox zərbə endirdi

İsrail bir gündə İrana 230-dan çox zərbə endirdi
20:40

Son 24 saat ərzində İsrail ordusu İran infrastrukturuna 230-dan çox zərbə endirib.

News365.az xəbər verir ki, bu barədə İsrailin ordusunun mətbuat xidmətinin məlumatında deyilir.

İsrail ordusu İran ərazisində atəş dəstəyi və hava hücumundan müdafiə sistemlərinə zərər vurmaq üçün sistemli səylərini davam etdirir.

İsrail Hərbi Hava Qüvvələri ölkənin Müdafiə Qüvvələrinin kəşfiyyat məlumatlarına əsasən İrandakı hədəflərə, o cümlədən buraxılışa hazır ballistik raket buraxılış qurğularına və silah istehsalı müəssisələrinə 230-dan çox zərbə endirib.


Sizin reklam burada
Sizin reklam burada