Mağazada satıcı bıçaqlanıb

Mağazada satıcı bıçaqlanıb
19:20

Ağdamda mağazada satıcı xəsarət alıb.

News365.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə ərazisində yerləşən ətriyyat mağazasında satıcı işləyən qadına kəsici alətlə xəsarət yetirilib.

O, Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada