Argentinada güclü daşqınlar bir şəhəri su altında qoyub

Argentinada güclü daşqınlar bir şəhəri su altında qoyub
08 Mar 2025 14:22

Argentinanın Buenos Ayres əyalətində baş alan güclü daşqınlar səbəbilə 1300 nəfərdən çox insan təxliyə edilib.

News365.az xəbər verir ki, bölgədə böyük fəsadlara yol açmış daşqınlar martın 7-dən etibarən hava şəraitinin pisləşməsi və leysan yağışları yağması ilə başlayıb. Nəticədə Baya-Blanka şəhərinin demək olar ki, yarısı daşqın suları altında qalıb.

Qarşıdakı bir neçə saat ərzində yeni şimşəkli tufanın gözlənildiyi və bunun bölgədə gərgin olan vəziyyəti daha da ağırlaşdıra biləcəyi qeyd olunur.



Sizin reklam burada
Sizin reklam burada