"Araz-Naxçıvan" bürünc medalı təmin etdi

"Araz-Naxçıvan" bürünc medalı təmin etdi
19:15

Misli Premyer Liqasında XXXV tura start verilib.


News365.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.


"Turan Tovuz" səfərdə "Sumqayıt"ı məğlub edib - 1:0. Xallarının sayını 52-yə çatdıran Tovuz klubu dördüncü sıradakı mövqeyini möhkəmləndirib. "Gənclik şəhəri" təmsilçisi 30 xalla doqquzuncu pillədə qalıb.


"Zirə" "Sabah"la heç-heçə edib - 1:1. İkinci yerdəki "Zirə"nin 71, beşinci sıradakı "Sabah"ın 45 xalı var.


"Araz-Naxçıvan" isə səfərdə "Şamaxı"ya qalib gəlib - 1:0. Xallarının sayını 58-ə çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədə qərarlaşıb və çempionatın bürünc mükafatçısı olub. Komanda ölkə UEFA Konfrans Liqasında təmsil edəcək. "Şamaxı" 36 xalla yeddincidir.


Qeyd edək ki, tura sabah iki qarşılaşma ilə yekun vurulacaq


Sizin reklam burada
Sizin reklam burada