Bu şəxslər ordudan kənarlaşdırılır - VİDEO

Bu şəxslər ordudan kənarlaşdırılır - VİDEO
17 May 2025 20:30

ABŞ-da transgender hərbi qulluqçularla bağlı yeni qanunun tətbiqinə başlanılıb. Donald Trump administrasiyasının dəstəklədiyi qərar, belə fərdlərin orduda xidmətinə ciddi məhdudiyyətlər qoyur.


News365.az xəbər verir ki, qanun 2025-ci il mayın 6-da ABŞ Ali Məhkəməsinin qərarı ilə qüvvəyə minib. Məhkəmə Müdafiə Nazirliyinə yeni prosedurların dərhal icrasına başlamağa icazə verib. Pentaqon hərbi komandanlığa transgenderləri müəyyən edib, onları tibbi müayinələrə göndərmək tapşırığı verib. Müayinələrin məqsədi gender disforiyası olanları aşkarlamaq və onların hərbi xidmətə yararlılığını yenidən qiymətləndirməkdir.


Yeni qaydalara əsasən, transgenderlərə könüllü şəkildə ordudan ayrılmaq üçün vaxt verilib. Fəal hərbi qulluqçular üçün son tarix 6 iyuna müəyyən edilib. Ehtiyatda olanlar və Milli Qvardiya üzvlərinin isə 7 iyula qədər zamanı var. Könüllü şəkildə ayrılanlara əlavə ödənişlər də nəzərdə tutulur.


LGBT və hüquq müdafiəçiləri bu addımı ayrı-seçkilik və insan hüquqlarına zidd hesab edirlər. Onlar bildirirlər ki, qərar ordu daxilində bərabərlik prinsipini pozur. Ekspertlərin fikrinə görə isə dəyişikliklər ABŞ-da hərbi xidmətə dair sosial və hüquqi müzakirələri daha da qızışdıracaq. Qərar ictimai və siyasi arenada ciddi mübahisələrə səbəb olacaq.




Sizin reklam burada
Sizin reklam burada