Universitetdə işləmək istəyənlərin nəzərinə!

Universitetdə işləmək istəyənlərin nəzərinə!
17:14

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti elm və təhsildə müasir tələblərə cavab verən, innovativ düşüncəli və yüksək ixtisaslı kadrların pedaqoji və elmi fəaliyyətə cəlb olunması məqsədilə vakant professor-müəllim vəzifələri üzrə müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir.

News365.az xəbər verir ki, universitetdə 350-ə yaxın vakansiya var.

Müvafiq vakant vəzifələr aşağıdakılardır:

Sıra №KafedraVakant vəzifə
ProfessorDosentMüəllim
1Sənayenin iqtisadiyyatı kafedrası148
2Menecment kafedrası-45
3Xarici dillər kafedrası-137
4Elektronika və avtomatika kafedrası21216
5Kompüter mühəndisliyi kafedrası-1523
6Cihaz mühəndisliyi kafedrası-310
7Ümumi və tətbiqi riyaziyyat kafedrası595
8Elektroenergetika kafedrası-36
9Elektromexanika kafedrası-55
10Enerji istehsalı texnologiyaları kafedrası-62
11Fizika kafedrası-10-
12Sənaye maşınları kafedrası1412
13Materialşünaslıq və emal texnologiyaları kafedrası-34
14Mexanika kafedrası-23
15Kimya və qeyri-kimya maddələrinin texnologiyası kafedrası112
16Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrası3810
17Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrası168
18Humanitar fənnlər kafedrası-49
19Neftin, qazın nəqli və saxlanması kafedrası-67
20Neft-qaz mühəndisliyi kafedrası-1610
21Sənaye təhlükəsizliyi və əmək mühafizəsi kafedrası-38
22Neft-qaz geologiyası kafedrası-42
23Geofizika kafedrası121
24Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrası-24
Elan edilən vakant vəzifələrin cəmi15133197


Tələblər:

  • Elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, (müəllim üçün minimum magistr təhsilli) müvafiq elmi ad və dərəcələrə malik olan şəxslər müraciət edə bilər;
  • Pedaqoji qabiliyyət;
  • Tədrisin təşkili üzrə bacarıqlar;
  • Tədris texnologiyalarından istifadə bacarığı;
  • Akademik səviyyədə tədris dilini (azərbaycan, rus və ya ingilis dili) bilmək;
  • Yüksək peşə-ixtisas təcrübəsi;
  • Vəzifənin etik davranış qaydalarına sadiqlik.

Müraciət edən namizədlərdən aşağıdakı sənədlər tələb olunur:

  • Akademik CV 
  • Diplomların notariat qaydasında təsdiq olunmuş surəti.

Müraciət tarixləri:

16 may 2025-ci il tarixindən 16 iyun 2025-ci il tarixinədək.

CV-lərinizi mövzu hissəsinə müraciət etdiyiniz vakansiyanın adını (sahənin adını) qeyd etməklə [email protected] ünvanına göndərməyiniz tələb olunur.

Yalnız müvafiq tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.



Sizin reklam burada
Sizin reklam burada