Misir Rusiya və Ukrayna arasında danışıqları alqışlayıb və tərəfləri dialoqu davam etdirməyə və qarşılıqlı etimadı gücləndirməyə çağırıb.
News365.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İstanbul məsləhətləşmələri Avropada sakitliyin və təhlükəsizliyin bərpasına gətirib çıxara biləcək ümidləndirici addımdır”, - XİN bildirib.