Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 13 faiz (305 milyon manat) artaraq, 2 milyard 715 milyon manata çatıb.
News365.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 9 faiz (168 milyon manat) artaraq, 2 milyard 39 milyon manat olub.
Bu ilin dörd ayında DSMF-nin xərcləri isə 2 milyard 501 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (231 milyon manat) çoxdur.