Araz çayında bir nəfər batıb

Araz çayında bir nəfər batıb
20 İyn 2025 20:45

Araz çayının Saatlı rayonundan keçən hissəsində 1 nəfər batıb

Bu barədə News365.az-a FHN-dən məlumat verilib. 


Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Novruzlu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Qasımov Zəka Amid oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Sizin reklam burada
Sizin reklam burada