Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov sosial şəbəkədə canlı yayıma çıxdığı üçün gündəmə gəlib.
News365.az-ın məlumata görə, Eyvazovun canlı yayım zamanı spirtli içki qəbul etdiyi və İslam dini, namaz, məscid və din xadimləri barədə təhqiramiz ifadələr işlətdiyi iddia olunur. Sözügedən görüntülər qısa müddətdə geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib.